BioScript Nədir?
BioScript — səhiyyə sahəsində istifadəyə yönəlmiş biometrik resept və elektron identifikasiya sistemidir. Layihə həkimlərin elektron reseptləri təhlükəsiz şəkildə yazmasını, pasiyentlərin isə apteklərdən yalnız özlərinə aid reseptlər üzrə dərmanları əldə etməsini təmin edir.
Sistemimiz, barmaq izi texnologiyası ilə resept saxtakarlığının və dərman sui-istifadəsinin qarşısını alır, kağız sənədləşməni aradan qaldırır və bütün prosesi rəqəmsallaşdıraraq səhiyyə xidmətlərini daha müasir və səmərəli edir.